• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 20.09.2021 19:17

2300-dən çox müraciət qeydə alınıb

KepezTV Player

Dövlət başçısının tapşırığına əsasən ASAN Xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda əhaliyə səyyar asan xidmətin göstərilməsi davam edir. Şəmkir rayonunda da bu proses uğurla keçirilir.

Sentyabrın 1-dən etibarən Şəmkir rayonunda əhaliyə xidmət göstərən səyyar ASAN Xidmət avtobusunda vətəndaşlar asanlıqla müvafiq sənədlərlə bağlı işlərini görə bilirlər. Xidmətə yaxınlaşan rayon sakinləri qeydiyyata alındıqdan sonra növbə ilə onların müraciətlərinə baxılır.

Göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, mülkiyyətlə bağlı çıxarışların və texniki pasportların verilməsi, daşınmaz əmlak barədə dövlət reyestrindən arayışların verilməsi, əmək pensiyalarının təyin olunması daxildir. Bundan başqa digər yardımçı xidmətlər də vətəndaşların istifadəsinə təqdim olunub.

Səyyar ASAN Xidmətin həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, innovativ üsullarla təqdim edilməsi, xidmətlərin əlçatanlığının təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. ASAN Xidmət avtobusu sentyabr ayının 30-una kimi Şəmkirdə əhaliyə xidmət göstərəcək.

Valeh Anaroğlu