• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1312
— 20.09.2021 12:15

"Əsrin müqaviləsi"nin imzalanmasından 27 il ötür

KepezTV Player

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 27-ci ildönümü tamam olur. Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur. Bu günün peşə bayramı kimi qeyd edilməsi ümummilli lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Bu gün tarixə qızıl hərflərlə yazılan günlərdən biridir. Özü də qara qızıl. 27 il əvvəl sentyabrın 20-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın altı ölkəsindən olan 11 ən iri neft şirkəti ilə müqavilə bağlandı. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.

Ümummilli Lider Heydər Əliyev yeni neft kəmərinin tikilməsi təşəbbüsü ilə də çıxış edib. Müxtəlif siyasi, iqtisadi və xarici maneələrə baxmayaraq, 2002-ci ildə  Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyulub. 2006-cı ilin mayında Azərbaycan nefti bu kəmər vasitəsilə Ceyhan limanına çatdırılıb. Hazırda bu layihə nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın qazandığı bütün iqtisadi nailliyyətlərin kökü məhz Əsrin Müqaviləsinə dayanır.

“Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub.