• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 17.09.2021 19:45

İki sinfin bütün şagirdləri tələbə adını qazanıb

KepezTV Player

Gəncə məktəbliləri uğur qazanmaqla diqqət mərkəzinə düşüblər. Belə ki, iki sinifdə təhsil alan bütün şagirdlər tələbə adı qazanıblar. Əməkdaşımız Valeh Anaroğlunun bu haqda hazırladığı reportajı izləyək.

Gəncədə iki sinfin bütün şagirdləri tələbə adını qazanıb. İsrafil Məmmədov adına Fizika-Riyaziyyat-İnformatika təmayüllü 27 saylı məktəb-liseyin və Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin şagirdlərinin təhsil aldığı iki sinifdə təhsil alanlar bu il keçirilən qəbul imtahanlarında uğurlu nəticələr göstəriblər.

2020-2021-ci tədris ilində 74 şagirdi məzun olan 27 nömrəli məktəb-liseyin 64 şagirdi ali məktəblərə qəbul olunub. Onlardan 6 nəfəri təhsilini davam etdirmək üçün xarici ölkələrin universitetlərini seçib. Məktəb-liseyin 25 şagirdi tədris ilini fərqlənmə ili bitirib.

Analoji vəziyyətin müşahidə olunduğu 39 saylı məktəbin şagirdləri isə uğurlu nəticə qazanmaqlarını belə şərh edirlər.

Məktəbin bu il məzun olan şagirdlərindən 102 nəfəri ali məktəblərə daxil olub. 8 şagird fərqlənmə attestatına layiq görülüb. 10 nəfər qəbul imtahanlarında 600-dən çox bal toplayıb.

"Təhsil millətin gələcəyidir" deyiminə uyğun olaraq, ölkənin ikinci böyük şəhərində əldə olunan bu uğur onu deməyə əsas verir ki, işıqlı gələcəyin təməlini təhsildə görənlərin sayı getdikcə artır.

 

Valeh Anaroğlu