• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2509
— 17.09.2021 19:08

Göygölə 1500 körpə forel balığı buraxılıb

KepezTV Player

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə Göygöl Milli Parkındakı yeni keçid məntəqəsinə baxış keçirilib.Yeni keçid məntəqəsinin istifadəyə verilməsində məqsəd turistlərin milli parka girişində növbənin yaranmaması və nəzarətin təşkil edilməsidir.Bu tendensiya digər milli parklarımızda da tətbiq olunacaq,”- deyə F. Əliyev bildirib.Daha sonra ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, təbii su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə Milli Park ərazisindəki təbii sututarlara balıq körpələrinin buraxılışı həyata keçirilib, 1500 körpə qızılxallı farel balığı Göygöl gölünə buraxılıb.2021-ci il ərzində təbii su hövzələrinə 6 milyon 500 min balığın buraxılması nəzərdə tutulub. Balıq körpələrinin təbii su hövzələrinə buraxılışı oktyabrın sonunadək davam edəcək.