• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 17.09.2021 19:48

Tovuzda yeni tunel

KepezTV Player

Tovuz şəhərində yeni avtomobil tuneli inşa edilir. Bakı-Böyük Kəsik dəmir yolu xəttinin  şəhərin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən  icra olunur. Ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tunelinin inşası davam etdirilir. Yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr olmaqla açıq hissəsi ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metrdir. Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir.