• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1906
— 16.09.2021 20:38

"Ölkənin bütün məktəbləri əsaslı təmir olunacaq"

KepezTV Player

"Son 15 ildə 3500-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub". "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkədə 4400-dən çox məktəb var. Bu məktəblərin əksəriyyəti rayonlarda, kəndlərdə yerləşir və Sovet İttifaqı dövründən miras qalıb. "Xüsusi investisiya proqramına uyğun olaraq ölkənin bütün məktəbləri müasir tələblər səviyyəsində əsaslı təmir olunacaq və harada lazım olsa, yeniləri tikiləcək. Bildiyiniz kimi, ən ucqar kəndlərdə modul tipli məktəblərin də tikintisi davam etdirilir” - deyə təhsil nazirinin müavini qeyd edib.