• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2178
— 16.09.2021 20:28

Fransalı deputatlar sülh quruculuğu səylərinə xələl gətirir

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramovun Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə də Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə toxulunub.Nazir Ceyhun Bayramov bu məsələyə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.Görüş zamanı tərəflər cari regional təhlükəsizlik vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparıblar.