• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 15.09.2021 19:00

Cinayət əməli törədənlər saxlanılıblar

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində taksi sürücülərinə qarşı dələduzluq edərək onların pulunu ələ keçirən şəxslər saxlanılıblar. Sosial şəbəkədə narkotiki təbliğ edən, odlu silah-sursat saxlayan şəxs də yaxlanıb. İzləyək.
 

Əməliyyat zamanı Astara rayon sakinləri Şəhriyar Zülfüqarzadə və qardaşı İlkar tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı həmin şəxslərin müştəri kimi əyləşdikləri taksi sürücülərinin etibarından sui-istifadə edərək onları Qaraçuxur qəsəbəsi ərazisinə sürdürdükləri və orada planlarını həyata keçirdikləri məlum olub. Onlar bu yolla 20-dən artıq taksi sürücüsünün pulunu ələ keçiriblər.Saxlanılan zaman bu şəxslərin üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. Əvvəllər məhkum olunmuş İsmayıl Orucov şübhəli şəxs kimi saxlanılaraq Polis Bölməsinə götirilib. Onun üzərində şəxs axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və həmin silaha məxsus 4 patron aşkar edilib. Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları isə sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxsi saxlayıblar. Əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində yaşayan Elvin Məmmədov tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 5 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb, adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Onların qanunusuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Suraxanı Rayon Polis İdarəsinə məlumat verə bilərlər.