• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2483
— 14.09.2021 20:26

"Kəpəz" açılışda 2 xal itirdi

KepezTV Player

Bu gün futbol üzrə Azərbaycan I Divizionda 2021/2022 mövsümünə start verilib. İlk turda bu il çempionluğu hədəfləyən  “Kəpəz” doğma publika qarşısında “Qəbələ-2” kollektivini qəbul edib. Mövsümün açılış qarşılaşması nümunəvi jestlə yadda qalıb. Görüşdə topa ilk zərbəni qazilər vurub. Bunlar Vətən Müharibəsi iştirakçıları – “Kəpəz”in sabiq futbolçusu Talıb Rzayev və sadiq azarkeşləri Sərxan Yolçuyevlə Tural Xanəliyev olub. Qarşılaşmaya gəlincə, ilk yarı qarşılıqlı hücumlarla keçib. Ancaq fasiləyədək qapılara qol vurulmayıb. İkinci yarıda oyunu ələ alan meydan sahibləri bir neçə vəziyyətdə qapıya düşməyə yaxın olsalar da, ya qeyri-dəqiq zərbələr, ya da rəqib qapıçının sayıqlığı hesabın açılmasına imkan verməyib. Sonda görüş başladığı kimi – 0:0 hesabıyla başa çatıb.