• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2558
— 14.09.2021 12:54

Gəncədə piyada qəzada öldü

Gəncədə yol qəzası olub. Şəhərin Üzeyir Hacıbəyli prospektində hərəkətdə olan avtomobil yolu keçmək istəyən 31 yaşlı Tural Mustafayevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən sürücü saxlanıb.

Bundan başqa, şəhər ərazisində "Priora" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil 2 nəfəri vurub. Hadisə zamanı sürücü özü də yaralanıb.

Göygöldə isə "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb. Sərnişin Ramal İsrafilov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.