• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2201
— 13.09.2021 19:33

Baş Qərargah rəisi Türkiyənin hərbi rəhbərliyi ilə görüşüb

KepezTV Player

Türkiyədə rəsmi səfərdə olan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev qardaş ölkənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.