KepezTV Player
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Şəfəq kənd sakini Nahid Bayramovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisindəki çayxanalardan birində olmasını aşkar edərək müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.
- Baxış: 885