• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 13.09.2021 11:46

Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirilib

KepezTV Player

Tədris ilinin başlanması münasibətilə Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib. Kursantlar təbrik olunub, onlara təhsildə, eləcə də xidmətdə uğurlar arzulanıb. Təntənəli mərasimdə çıxış edənlər kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi Anda sadiq olmağı, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyi, nizam-intizamla xidmət etməyi, hərbi həkimlik peşəsinin sirlərini dərindən öyrənməklə şəxsi heyətin sağlamlığını qorumağı tövsiyə ediblər. Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər. Andiçmə mərasimindən sonra kursantlar üçün bayram konserti təşkil olunub.