• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1155
— 11.09.2021 20:44

Goranboyda yük maşını yanıb

KepezTV Player

Goranboyda yanğın hadisəsi baş verib. Hərəkətdə olan "TIR" tipli yük maşının qoşqusunda anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın zamanı yük maşının qoşqusu içi dolu yükü ilə birlikdə yanıb. Yük maşının özü yanğından mühafizə olunub. Havanın küləkli olması yanğın söndürənlərin işində çətinliklər yaradıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.