• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 11.09.2021 20:34

Tarixi zəfərdə imzası olan Novruz Haqverdiyev

KepezTV Player

Növbəti sujetimizin qəhrəmanı Daşkəsənin igid şəhidi Novruz Haqverdiyev haqqındadır. Ailənin qonağı olub reportaj hazırlamışıq gəlin izləyək.

Haqq qələbəmizdə onun da payı var, Novruz Haqverdiyev.Azərbaycan ordusunda MAXE kimi xidmət edən cəsur şəhidimiz 1996-cı ildə dünyaya əkiz qardaşı ilə birlikdə göz açmışdı. Onlar bir doğulub, bir böyüyüb elə birdə işlədilər. Sonda isə biri şəhid, digəri veteran oldu.

Novruz martın 18-də dünyaya gəlmişdi. Özü ilə birlikdə, yazı, baharı gətirən igidimizə  ailəsi elə Novruz bayramına görə bu adı verərək, xalqına, millətinə xeyirli övlad olmağı diləmişdi... Nə bilərdilər ki, 30 ildən sonra elə onun kimi igidlər, Azərbaycana əsl baharı gətirəcəklər...

Vətənə məhəbbət, torpağa sevgi, həbiyə maraq.... Bütün bu xüsusiyyətlər Novruzun həyat yolunu müəyyən etmişdi . Şanlı mübarizənin ilk günündən döyüşlərə atılan qəhrəmanımız, Murovdağ uğrunda gedən döyüşlərdə, qanının son damlasına qədər döyüşür və qəhrəmancasına şəhid olur. Nəşi isə nə az nə çox düz 3 ay sonra qarın, buzun altından tapılaraq donmuş halda ailəsinə təhvil verilir...Bax burda sözlər də hisslər də donur. Buz bağlayan qəlblər isə yalnız fotolardakı, isti gülüşlərlə isinir. Təəssüflər olsun ki, bu da bəs etmir.

Ailənin qonağı olanda, şəhidimizin uşaqlıq dostu və döyüş yoldaşı qazi Məharət Musayev də orada idi. Novruzun keçdiyi şərəfli döyüş yolunu ondan eşitmək daha çox yerinə düşdü.

Şəhiddən geriyə gözəl bir qız övladı , şirin, nazlı İnci qalıb. Son nəfəsinə kimi öz mələyini bütün ailə üzvlərinə əmanət etdiyi balası bu gün bütün Azərbaycan xalqına əmanətdir. Məzarında rahat uyu şəhidimiz, sənin İncin indi dərk etməsə də, sənin üzünü xatırlamasa da, böyüyəndə səninlə qürur duyacaq... Necə ki, biz duyuruq...

Nərgiz Əhmədqızı