• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 11.09.2021 20:31

TDƏŞ nümayəndə heyəti Ağdamda olub

KepezTV Player

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirliklərinin nümayəndələri Ağdama səfər edib.Nümayəndə heyətinə ermənilərin Pənahəli xanın İmarət kompleksində törətdikləri vandallıq aktları, Qarabağ xanlarının dağıdılmış türbələri, o cümlədən şair Xurşidbanu Natəvanın məhv edilmiş məzarı göstərilib.Sonra dünyada nadir muzeylərdən hesab olunan, ermənilər tərəfindən talan edilmiş Ağdam Çörək Muzeyinin binasının qalıqları və Ağdam Cümə Məscidini ziyarət olunub. Bildirib ki, burada yeni qurulacaq Ağdam Sənaye Parkının bütün ərazisi minalardan təmizlənib, yaxın gələcəkdə ərazidə inşa işlərinə başlanacaq. Türkiyəli millət vəkili torpaqları azad etmək qədər əhalinin geri qayıtması, yerləşməsi və iqtisadi fəaliyyətini davam etdirilməsinin vacibliyindən danışıb.