• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1732
— 10.09.2021 19:19

Türk Şurası ölkələrindən şirkətlər Qarabağda layihələr reallaşdırmağa hazırdır

KepezTV Player

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclası işə başlayıb.Türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Görüş bu ilin noyabrda İstanbulda baş tutacaq türkdilli ölkələrin liderlərinin zirvə toplantısına hazırlıq məqsədi daşıyıb. Zirvə toplantısı isə noyabrın 12-nə planlaşdırılır. İqtisadiyyat naziri Mikayıl Cabbarov iclasda vurğulayıb ki, Qarabağın azad edilməsi yeni perspektivlər və yeni çağırışlar ortaya çıxarıb. Torpaqlarımızın azad edilməsi nəticəsində biz Zəngəzur dəhlizi və Naxçıvanla, Türkiyə ilə birbaşa kommunikasiya, eləcə də Mərkəzi Asiya bazarlarına çıxış barədə danışa bilərik. Azad edilmiş ərazilərdə bütün infrastrukturun fəal şəkildə bərpası aparılır. Bizim bütün layihələrimiz dünya səviyyəli innovativ həllərə uyğun reallaşdırılacaq. Eyni zamanda artıq Ağdam sənaye parkının yaradılması başlanılıb - deyə nazir diqqətə çatdırıb. Bildirilib ki, Türkdilli dövlətlərin dəstək fondunun yaradılması növbəti iki həftə ərzində başa çatdırılacaq. Azad ticarət üzrə çoxtərəfli sazişin imzalanması nəzərdə tutulur.

Türk Şurasının baş katibi Bağdad Amreyev bildirib ki, Türk Şurası ölkələrindən şirkətlər Qarabağda bütün sahələrdə layihələr reallaşdırmağa hazırdır. Bu layihələr təkcə Azərbaycana deyil, həm də bütün türk dünyasına faydalı olacaq. Burada turizm, dağ-mədən və bir sıra digər sektorların inkişafı üçün potensial mövcuddur.