• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 09.09.2021 12:43

Vaksin vurulması ilə əlaqədar testiniz pozitiv çıxa bilməz

KepezTV Player

“Hər bir insanın vaksindən əvvəl və ya sonra koronavirus testi pozitiv çıxa bilər, lakin vaksinin vurulması ilə əlaqədar insanın PCR testinin pozitivləşməsi mümkün deyi”. Bunu mətbuata açıqlamasında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva bildirib. O qeyd edib ki, vaksinin vurulması nəticəsində qanda anticisimlər əmələ gəlir. PCR testlərlə isə sadəcə yaxmada virusun birbaşa genetik materialı təyin edilir. Anticisimlər genom testinə pozitivlik verə bilməz.