KepezTV Player
Bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan başlayıb.
Bu gün həmçinin bu il keçirilən Azərbaycan dili imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanda iştirak edirlər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunub. İmtahanlarda ümumi orta təhsil səviyyəsi üzrə 1 057, tam orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulub. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
- Baxış: 231