• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 09.09.2021 12:32

“Təhsilə olan hücumlar beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır”

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib. Nazir tviter səhifəsindəki paylaşımında dayanıqlı gələcəyin təminatı üçün insanların təhsil hüququnun olmasını, eləcə də təhsilə olan hər növ hücumun beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı olduğuna diqqət çəkib. “Ermənistanın təxribatı nəticəsində həyatı və təhsili yarımçıq qalan övladlarımızı dərin kədərlə yad edirik” – deyə nazir əlavə edib.