• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2405
— 09.09.2021 11:05

İsraildən olan 13 yaşlı qız kosmosda oksigen generasiyası üçün xüsusi generator yaradıb

 İsraildən olan 13 yaşlı Roni Orion adlı qız kosmosda oksigenin əldə olunması üsulunu təklif edib. Belə ki, 13 yaşlı qızın fikrincə BioStat adlı cihaz kosmosda oksigen çatışmazlığı problemini həll etməyə imkan verir. Bir çox insanların fikirlərinə əsasən məhz bu problem səbəbilə Marsda insan koloniyasının yaradılması qeyri-mümkündür. Roni Orion bildirib ki, onun hazırladığı BioStat adlı generator xarici görünüşcə böyük topu xatırladır və onun bir tərəfi güzgüdən ibarətdir. Generatorun digər hissəsinə isə Günəş şüalarını keçirdən şüşə material yerləşdirilib.

Roni sözügedən generatorun daxilinə membrandan hazırlanmış xüsusi kapsul yerləşdirməyi planlaşdırır. Sözügedən membran suyu saxlayaraq havanı keçirtməyə imkan verir. Bununla yanaşı kapsulda həmçinin yosunlar da olacaq. Kosmik şəraitdə karbon qazı ilə Günəş enerjisinin olması nəticəsində güzgülər sistemi oksigen generasiya edə biləcək. Roni güzgülərin vacibliyini onunla izah edib ki, həmin güzgülər işığın intensivliyini nizamlamağa imkan verəcəklər. Belə ki, Günəş şüaları yosunları məhv edə bilərlər. 13 yaşlı Roni Orion artıq İsrail Kosmik Agentliyindən xüsusi mükafat əldə edib. Növbəti mərhələdə o bu cihazı artıq daha təcrübəli mütəxəssislər ilə birlikdə təkmilləşdirməyə davam edəcək.