• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 730
— 08.09.2021 18:58

Üzgüçülük üzrə şəhər birinciliyi keçirilib

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə üzgüçülük idman növü üzrə Gəncə şəhər birinciliyi keçirilib. Gəncə Olimpiya İdman Kompleksində baş tutan və 40-dan çox yeniyetmə və gəncin qatıldığı yarışda 2 yaş qrupu üzrə - 2004-2007 və 2008-2010-cu il təvəllüdlü idmançılar bacarığını ortaya qoyub. Üzgüçülər 4 növdə - arxası üstə, krol, brass və batterflay üzmə üsulunda yarışıblar. Aşağı yaş qrupunda mübarizə aparan idmançılar 50 m, yuxarı yaş qrupunda yarışanlar isə 100 m məsafəni qət etməyə çalışıblar. Yarış xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq təşkil edilib. Şəhər birinciliyinin sonunda yer tutan idmançılar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlarla təltif olunublar.