• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 08.09.2021 19:24

Yeni pambıq sortları yaradılır

KepezTV Player

Bitki  Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnistitununun Genetika və Genofondun Saxlanması labaratoriyyası tərəfindən “Gəncə 103” , “Aznixi 104” və  “Aznixi 195” adlı pambıq sortları yaradılıb. Bu sortlar artıq rayonlaşıb və fermerlər bu pambıqları sahələrində əkirlər. Hazırda isə elmi işçilər tərəfindən yaradılan “Gəncə 200” və “Gəncə 226” adlı yeni  pambıq sortları  Dövlət Sort Sınaq Komissiyasında uğurla sınaqdan keçir.

Bitki  Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnistitununun Genetika və Genofondun Saxlanması labaratoriyyasının elmi tədqiqatlar aparılan təcrübə sahəsi  Samux rayonunda yerləşir. 1,5 ha ərazisi olan pambıq təcrübə sahəsində dünya kolleksiyasından olan 3 növdə 850-ə yaxın nümunə saxlanılır. Burada dünya kolleksiyasının müxtəlif nümunələri üzrə tədqiqat işləri də aparılır. Alimlər tərəfindən yaradılan yeni pambıq sortları rayonlaşmaq üçün  Dövlət Sort Sınaq Komissiyasına göndərilib.

Labaratoriyyada uzun illər çalışan alimlərlə yanaşı, gənc elmi işçilər və mütəxəsislər də fəaliyyət göstərir. Hazırda onlar işlərini genetika üzrə yeni innovativ texnalogiyyalarla davam etdirməkdədirlər.

Bundan başqa  labaratoriyya ən müasir avadanlıqlarla da təchiz olunub. Buda bir çox biatexnaloji analizlərin aparılmasına imkan verir.

Labaratoriyyada olan yeni avadanlıqların köməkliyi ilə gələcəkdə  malikulyar bialogiyyası üzrə də bir çox işlərin aparılması hədəflənib. Bundan başqa invitro yolu ilə yeni formaların alınması da qarşıya məqsəd kimi qoyulub. Bu yöndə də elmi işçilər tərəfindən tədiqiqat işləri aparılır.

 

Elnur Vahidoğlu