KepezTV Player
Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Sentyabrın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissələrindən birində olub. Nazirliyin rəhbər heyəti rabitə nəqliyyat vasitələri, texnikaların cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib. Müdafiə naziri general-polkovnik Zakir Həsənova döyüşün idarə edilməsi üçün silahlanmaya yeni qəbul edilmiş müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda-qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə məruzə edilib.
- Baxış: 296