• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 07.09.2021 19:19

Küçələr nə vaxt asfaltlanacaq?

KepezTV Player

Kələ-kötür, nahamar yol, toz-torpaq... Bütün bu xoşagəlməz mənzərə Göygöl rayonun təzə salınan yaşayış massivindəki küçələrdən birindədir.  Sakinlər hər gün üzləşdikləri problemlə bağlı televiziyamıza ərizə ilə müraciət ediblər. Müraciəti əməkdaşımız Elnur Vahidoğlu yerində araşdırıb. İzləyək.

Bu küçədə hər dəfə avtomobil keçəndən sonra nə hərəkət etmək mümkün olur, nə də nəfəs almaq. 114 ailənin yaşadığı Həzi Aslanov küçəsinin sakinləri hər gün bu mənzərə ilə qarşılaşırlar. Bundan başqa yağış və qar da buraları keçilməz edir. Vəziyyətlə bağlı sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər.

Sakinlərin qarşılaşdıqları  problemlə bağlı Göygöl rayon icra hakimiyyətindən də mövqe öyrəndik. Qurumdan bildirildi ki, məsələdən xəbərdardırlar.

Göygöldə anoloji halın yaşandığı bir sıra yaşayış massivlərinin də tez bir zamanda asfaltlanması nəzərdə tutulur.

 

Elnur Vahidoğlu