Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarix... Bu igidlər qısa bir ömür yaşadılar, əsl vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcu şərəflə yerinə yetirdilər. Onlar şəhid oldular- gözlərini qırpmadan, dizləri titrəmədən, əlləri əsmədən, ürəyində qorxu xofu yaranmadan. Onlar bilirdilər ki, arxada Vətən- Azərbaycan var. Azərbaycan var olduğu müddətcə də şəhidlərimiz də yaşayacaq. Həm də tarixinn ən şərəfli səhifələrində.. Əbədiyaşar qəhrəmanlarımızdan biri də İlkin Şükürovdur.
Vətən sağ olsun deyə minlərlə gənc bu müqəddəs torpaq uğrunda gözünü qırpmadan canını fəda etdi. Bu igidlər Vətəni anasından, atasından, ailəsindən, arzularından üstün tutdu. 2 bacının 1 qardaşı. Ürkməzli kəndinin 4 şəhidindən biri- Gizir İlkin Şükürov kimi. 1 ilə yaxın idiki nişanlı idi İlkin. Noyabrda bəy libası geyib evlənəcəkdi. Amma daha önəmli bir işi var idi-Vətən.
Min əziyyətlərlə böyütdüyü oğluna, böyük arzular bəsləyən o valideynlər bu gün oğulları şəhid olduğu üçün, başını dik tutub, göz yaşlarını ovudaraq Vətən sağ olsun deyirlər. İlkin kimi oğulları olan Vətən, əlbəttə, həmişə sağ olacaq.
Şəhid ailəsi onunla təsəlli tapırlar ki, İlkin cəmi 25 il yaşamasına baxmayaraq, mənalı ömür sürdü və əbədiyaşar ad qoyub getdi bu dünyadan. Biz ailəni ziyarət edəndə 1995- ci ildə Qazaxda anadan olan qəhrəmanın onsuz keçən ilk doğum gününə onu tanıyan, şəhadətindən sonra adını eşidən hər kəs toplaşmışdı.
5 illik hərb yolu keçən və 14 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə yüksələn İlkin Füzulinin azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif olunub.
- Baxış: 539