• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1923
— 04.09.2021 19:10

Azərbaycan diplomatik kanallarla Rusiyaya etirazını çatdırıb

KepezTV Player

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə münasibət bildirib. "Qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırmışdır. Bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib", - deyə məlumatda vurğulanıb.