Goraboy rayonunun Səfikürd kəndindən olan şəhid Sahil Rəsulovun qəhrəmanlığından bəhs edəcəyik. Ailənin tək oğul övladı olan igidimiz qanı ilə tarix yazıb, ən uca məqama yetdi.
Qəhrəmanlıqları ilə dillərdə dastan olub, şəhadətləri ilə torpağın bağrına azadlıq toxumu səpən igidlərdən biri də şəhid Sahil Rəsulovdur. Orta məktəbi qurtardıqdan sonra 2019-2020-ci illərdə hərbi qulluqda, Vətənin keşiyində olub…Əsgərlikdən az sonra yenidən taleyini Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərməyə başlayıb. Vətən Müharibəsi başlayan zaman isə döyüşlərə ilk atılanlardan olub. 22 yaşlı fatehimiz, Tərtər-Ağdərə, Suqovuşan istiqamətlərində döyüşüb, Suqovuşanın düşməndən azad edilməsində iştirak edib…
Döyüş yoldaşları Sahil Rəsuovun yoxluğunu dərindən hiss edir. Tez-tez qarşısında baş əydiyimiz şəhid anasını ziyarət edib, qəhrəmanımız son günləri haqqında Samirə xanıma danışırlar. Axı bir ananı bu gündən sonra nə təsəlli edə bilər axı?
Hər nənənin digər nəvələrdən bir az seçdiyi, çox istədiyi bir nəvəsi olur. Kifayət nənəmizin istəkli nəvəsi Sahil idi. Axı şəhidimiz bütün uşaqlıq illərini nənəsi ilə keçirmişdi. Düzünü deyim ki. ağbirçəkdən müsahibə almaq mənim üçün çətin oldu, amma tək təsəllimiz onun nəvəsinin məkanının cənnət olması və qanının yerdə qalmamasıdır.
Şəhidimiz ailə üzvlərinə qarşı necə, mehriban, təmkinli idisə bir o qədər də dostcanlı idi. Sahil Rəsulov dostlarının içində ən çox istənilən, məsləhətinə ehtiyyac duyulanlardan biri idi.
Şəhidimiz Sahil Rəsulov Prezident İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda" və "Cəsur Döyüşçü" medalları ilə təltif olunub. Şəhadətin mübarək olsun şəhidim..
Nərgiz Əhmədqızı
- Baxış: 488