• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 01.09.2021 12:12

Qonşu qadınların mübahisəsi ölümlə bitib

KepezTV Player

Gəncə şəhər sakini, 58 yaşlı Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 41 yaşlı Məhəbbət Əhmədovanın yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sücayət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb. Məhəbbət Əhmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.