• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 31.08.2021 18:28

Lamiyə Vəliyeva gümüş medal qazandı

KepezTV Player

Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçiləri də Paralimpiya Oyunlarında uğurla mübarizə  aparıblar. Yelena Çebanu, Yuliya Yanovskaya və Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda çıxış edib. 11.99 saniyəlik nəticə göstərən Vəliyeva Azərbaycana ilk gümüş medalı qazandırıb. İvanovskaya yarışı 4-cü, Çebanu isə 7-ci pillədə başa vurub. Qeyd edək ki, hazırda aktivində 10 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb.