• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 31.08.2021 12:13

Narkotik satan qadın və tanışı saxlanılıb

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakıxanov qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində bilinən paytaxt sakini Nərmin Aydınova saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 9 qram heroin və 8 qram psixotrop maddə metamfetamin aşkar edilib. Nərmin Aydınova ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və heroinlə metamfetamini tanışı Ayxan adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Nərmin Aydınovaya narkotik vasitələri satan Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Ayxan Quliyev də saxlanılıb. Onun da üzərində şəxsi axtarış aparılan zaman heroin və metamfetamin aşkar edilib. O,narkotik vasitələri Nərmin Aydınovaya satdığını etiraf edib. Araşdırma zamanı Ayxan Quliyevin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə onlayn yolla aldığı məlum olub.