• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 28.08.2021 20:34

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

KepezTV Player

Toylarla bağlı Nazirlər Kabinetindən yeni qərar

Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 1-i, saat 6:00-dək uzadılıb.Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddəti də uzadılıb.Həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq

Sentyabrın 1-dən etibarən toyların COVID pasportu olmadan 50 nəfər iştirakçı ilə keçirilməsi qadağan olunub. Yəni, 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakla bağlı mövcud olan bütün tələblər 50 nəfərə qədər şəxsin iştirakı ilə baş tutan mərasimlərdə də tətbiq ediləcək.Bu Qərar qəbul olunanadək 50 nəfərə qədər şəxsin iştirakı ilə olan şənliklərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.