• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1984
— 27.08.2021 19:00

Qanunsuz narkotik saxlamaqda şübhəli bilinənlər saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir. Bu dəfə şəhərin həm Nizami, həm də Kəpəz rayonları ərazisində iki fərqli şəxs qanunsuz narkotik saxladıqları üçün yaxalanıblar.

Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini saxlanılıb. Əvvəllər məhkum olunmuş, Elnur Kərimovun üzərinə baxış keçirilən zaman “marixuana” aşkar edilib. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində gizlətdiyi 1 kq narkotik vasitə olan qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri analoji tədbirlə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Nadir Məmmədov saxlanılıb. Üzərindən narkotik maddə olan qurudulmuş marixuana aşkar edilən Nadir Məmmədov narkotik vasitə istifadəçisi olduğunu, özü üçün şəhər ərazisində narkotik maddə gizlətdiyini etiraf edib. Polis əməkdaşları həmin əraziyə baxış keçirib və oradan 3 kq 500 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.