• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1844
— 27.08.2021 19:09

Azərbaycan sülhməramlıları Vətənə qayıdıb

KepezTV Player

Əfqanıstandan təxliyə olunan Azərbaycan sülhməramlıları Vətənə qayıdıb. Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən sülhməramlılar tam heyətdə Kabil-Ankara-Bakı marşrutu ilə Bakıya dönüblər. Vatənə qayıdan 120 nəfərdən ibarət Azərbaycan hərbçilərinin qarşılanma mərasimi keçirilib. Azərbaycan sülhməramlıları avqustun 26-da gecə saat 01:00 radələrində Əfqanıstandan çıxarılıb və onlar özlərinə məxsus silah, hərbi əmlak hava yolu ilə birlikdə Ankara şəhərinə daşınıb. Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən hərbçilərimiz xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.