• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1846
— 26.08.2021 20:44

Özbəkistan səfiri Nizami yurduna səfər edib

KepezTV Player

Özbəkistan Republikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Gəncəyə səfər edib. Diplomatın Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşündə ölkələrimiz arasındakı ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılıb. Gəncənin iqtisadi potensialı, tarixi, mədəniyyəti haqqında ətraflı məlumat verilib. Səfir bildirib ki, Gəncə özünün mədəni, elmi və iqtisadi potensialına görə Özbəkistan və Azərbaycan arasında qurulan çoxşaxəli əlaqələrdə önəmli rol oynaya bilər. Daha sonra diplomat Azərbaycan Dövlət Aqrar Universitetində olub. O, təhsil ocağının rektoru İbrahim Cəfərovla görüşüb. Özbəkistan universitetləri ilə ADAU arasında əməkdaşlıq və tələbə mübadiləsi haqda fikir mübadiləsi aparılıb.

Baxrom Aşrafxanov Özbəkistan Republikasının Azərbaycandakı səfiri:Gəlişimin əsas səbəblərindən biri şəhərin infrastrukturu, iqtisadi potensialı ilə yaxından tanış olmaqdır. Eyni zamanda çox istərdik ki, Özbəkistanın tarixi şəhərləri ilə Gəncənin qardaşlaşması istiqamətində işlər aparılsın. Onu da qeyd edim ki, ulu Nizami yurduna avqust ayında gəlməyim heç də təsadüfi deyil. Belə ki, bir sıra tarixi mənbələrdə dahi mütəffəkkir Nizami Gəncəvinin məhz bu ayda anadan olması qeyd edilir. Buna görə də, Nizami Gəncəvinin Məqbərəsini ziyarət edəcəyik.  Onun xatirəsini yad etmək bizim üçün böyük şərəfdir.