Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ümumxalq sevgisini və hörmətini qazanmış nüfuzlu ictimai və dövlət xadimidir. Təşəbbüskarlığı və yüksək təşkilatçılıq bacarığı ilə Azərbaycanın bir çox uğurlarına imza atan Mehriban Əliyeva Azərbaycan qadınlarının ən parlaq nümayəndəsidir. Bu gün doğum gününü qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti işgüzarlığı, vətəndaş mövqeyi, humanizmi, insanların problemlərinə həssas münasibəti, qayğıkeşliyi, həlli vacib məsələlərdə prinsipiallığı ilə həm də bir vətəndaş modeli yaradır. Mehriban Əliyevanın Vətənə xidmət amalı isə bütün fəaliyyətinin fövqündə dayanır. Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Mehriban Əliyevanın fəaliyyəti insanların sağlamlığının qorunması, xalqımıza məxsus milli mədəniyyət və incəsənət nümunələrinin bərpası, təhsilin inkişafı ilə bağlı olan aktual istiqamətləri əhatə edir. Ölkəmizin həyatında yeni dövr olanə Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına şübhə yoxdur.
- Baxış: 451