• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 25.08.2021 11:34

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar

KepezTV Player

Tankçılarımız Rusiyanın Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar. Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar. Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.