44 günlük vətən müharibəsində ermənilərin Gəncəyə etdiyi təcavüz nəticəsində şəhərdə yaşayış binaları ilə yanaşı iki orta məktəbə də ciddi ziyan görüb. Ölkə başçısının sərəncamına uyğun olaraq həmin məktəblər əsaslı təmir və bərpa edilərək istifadəyə veriləcək. Artıq işlərə başlanılıb.
Ermənilərin Gəncəyə etdiyi terror nəticəsində oktyabın 7-də atılan raketlərdən biri 4 nömrəli məktəbə ciddi zayan vurub. Zərbənin gücündən təhsil ocağının 1 korpusu tamamilə, digər korpusun isə qismən istifadə üçün yarasız hala düşüb. Artıq dövlət büdcəsindən ayrılan vəsait hesabına Təhsil Nazirliyi tərəfindən məktəbin təmirinə başlanılıb. Fasad hissə, çat görən divarlarda bərkitmə işləri görülür. Dağılan qapı və pəncərələr yenilənir.
Əliağa Səfərəliyev 4№xarici dil təmayüllü məktəb-liseyin direktoru: Hazırda işlər gedir və üçüncü iş həftəsidir ki, işlər davam edir. Ümid edirəm ki, yeni tədris ilini biz təmirdən çıxmış binada təşkil edə biləcəyik. Valideyinləri də əmin edirəm ki, biz yeni tədris ilində şagirdlərimizi normal, sanitar-epidemioloji qaydaları gözləməklə tədrisi davam etdirmək imkanı əldə edə biləcəyik.
Vətən müharibəsində ermənilərin Gəncəyə atdığı raket nəticəsində zərə çəkən digər təhsil ocağı isə 29 nömrəli məktəbdir.
Ötən ilin oktyabırın 17-də erməniləin Gəncəyə atdığı raket nəticəsində şəhərin 29 nömrəli tam orta məktəbi də tamamilə yararsız hala düşüb. Ölkə başçısının imzaladığı sərəncamla bu məktəbin də əsaslı təmir və bərpa işlərinə başlanılacaqdır.
57 il bunda əvvəl tikilən 3 mərtəbəli məktəb binası 928 şagird yerlikdir. Erməni terrorundan sonra burada tədris aparmaq mümkün olmayıb.
Günel Bağırova 29 № tam orta məktəbin direktor müavini: Cənab prezidentə təşəkkürümüzü bildiririk. Avqust ayında imzaladığı sərəncamla 44 günlük müharibə zərər görmüş məktəblərə 7 milyon pul ayırmışdı. Bizim məktəb də həmin layihəyə düşmüşdü. Kollektimiz də buna çox sevindi. İnşallah məktəbimiz əsaslı təmir olunar və yenidən məktəbimizdə fəaliyyətimizə başlaya bilərik.
Anar Qədiməliyev Təhsil İdarəsinin müdiri: 29 nömrəli məktəb tam zərər gördüyü üçün həmin məktəb həmin dövr ərzində yaxınlıqda yerləşən 18 nömrəli orta məktəbə köçürülüb. Bu ildə yəqin ki, o proses davam edəcək və tezliklə məktəbdəki təmir bərpa işləri bitdikdən sonra məktəbin müəllim və şagird heyyəti öz məktəblərində tədrislərini davam etdirə biləcəklər.
Ötən il ermənilərin Gəncədə törətdikləri terror nəticəsində ümumilikdə 2 mindən çox evə, qeyri yaşayış binalarına ziyan dəyib. Bundan başqa 26 nəfər mülki şəxs şəhid olub, 142 nəfər isə yaralanıb.
Elnur Vahidoğlu
- Baxış: 871