• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1837
— 23.08.2021 19:05

“Dəniz kuboku” müsabiqəsinin keçiriləcəyi ərazi və təlim-məşq qurğusuna baxış keçirilib

KepezTV Player

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İranın Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən hakimlər komissiyasının və komandaların üzvləri tapşırıqların yerinə yetiriləcəyi ərazi və təlim-məşq qurğusuna baxış keçirib. Hakimlər komissiyası tərəfindən komandaların üzvlərinə müsabiqənin keçirilmə qaydaları izah olunub, mərhələlər üzrə şərtlər və təhlükəsizlik qaydaları çatdırılıb, digər təşkilati məsələlərlə bağlı ilkin təlimat keçirilib. Dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib, o cümlədən müsabiqənin çalışmaları üzrə naviqasiya və taktiki hesablamalar da aparılıb. Müsabiqə avqustun 25-dən başlayacaq və komandalar 3 mərhələ üzrə güclərini sınayacaq.