Daxili İşlər Nazirliyi və Baş Prokurorluq saxta COVID pasportlarının verilməsi ilə bağlı birgə məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində həyata keçirilən əməliyyat zamanı Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacıları Ü. Abbasova, S.Allahverdiyeva, F.Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Ə.Hüseynova, S.Dadaşzadə və Səbail rayonunda yerləşən 33 saylı Şəhər Poliklinikasının əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim etdikləri müəyyən edilib. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri məlum olub.
- Baxış: 687