• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1786
— 23.08.2021 12:05

Lələtəpə neolit dövrü yaşayış yerində yeni tapıntılar aşkarlanıb

KepezTV Player

“Qarabağ neolit-eneolit ekspedisiyası"nın Füzuli rayonunun Horadiz kəndinin inzibati ərazisinə daxil olan Lələtəpə neolit dövrü yaşayış yerində apardığı arxeoloji tədqiqatların ilkin nəticələri açıqlanıb.&nbsp;Abidə Lələtəpə yüksəkliyinin daxil olduğu ərazidə yerləşir.&nbsp;Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin I yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib.&nbsp;<br>Abidənin ən maraqlı cəhəti onun məzarlığı ilə bağlıdır. Belə ki, Cənubi Qafqaz neolitində məzarlığa ilk dəfə olaraq Lələtəpə yaşayış məskənində rast gəlinir.&nbsp;Aparılacaq DNT çalışmaları ümumilikdə neolit dövründə Qarabağ ərazisində baş vermiş etnik-mədəni dəyişikliklər və xüsusən də Cənubi Qafqazda erkən istehsal münasibətlərinin təşəkkülündə etnik və ya mədəni miqrasiyanın rolunun öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.