• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 21.08.2021 20:18

Koronavirusa 3551 nəfər yoluxub, 27 nəfər ölüb

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 3551 yeni yoluxma faktı qeydə alınıb, 1196 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Aktiv xəstə sayı 38 555 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 982 test aparılıb.COVID-19 infeksiyasına qarşı 64 714 doza vaksin vurulub.