• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1817
— 20.08.2021 18:29

Daşkəsəndə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

KepezTV Player

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir. Rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.  Dayanma-durma qaydalarını kobud şəkildə pozan 12 sürücü barəsində protokol tərtib olunub.