“Dünyada koronavirusa yoluxanların sayı 210 milyonu, ölənlərin sayı isə 4 milyonu keçib”.Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin departament müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, son günlərdə Azərbaycanda da yoluxma sayında kəskin artım müşahidə olunur.
“Sentyabrın 1-dən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq. Eyni zamanda bu, ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək”.“ASAN Xidmət tərəfindən COVİD pasportundan istifadə ilə bağlı xüsusi mobil tətbiq yaradılıb. Bu tətbiqdən istifadə edən vətəndaşlardan xüsusi heç nə tələb olunmur. Sadəcə vətəndaşların ya COVİD pasportu, ya da şəxsiyyət vəsiqəsi üstündə olmalıdır”. Prezidentin köməkçisi Şahmar Mövsümovun sözlərinə görə, bu gün hər hansı sərtləşdirməyə getməyə ehtiyac yoxdur”.
Prezidentinin köməkçisi bildirib ki, sentyabrın 15-də məktəblərdə ənənəvi qaydada dərslərə başlanması nəzərdə tutulur”.Epidemioloji vəziyyətdən asılı olaraq bu məsələyə baxıla bilər. “Bu gün uşağı məktəbə gedən valideynlərdən COVİD pasportu istənilmir. Belə bir tələb qoyulmayıb. Amma təhsil işçiləri ilə bağlı belə bir tələb var” deyə Mövsümov qeyd edib. Marketlərdə və metrolarda COVID pasportunun tələbi nəzərdə tutulmur.Kinoteatr və tetrlarların fəaliyyətinin bərpa olunması ilə bağlı isə gələcəkdə epidemioloji vəziyyət nəzərə alınmaqla qərar verilə bilər. Vurğulanıb ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması da nəzərdə tutulur. Operativ Qərargahın bu məsələ ilə bağlı qərarı olacaq.
- Baxış: 755