• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 19.08.2021 12:38

Mikroavtobus aşıb, ölən və xəsarət alanlar var

KepezTV Player

Goranboyda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb.Yaralıların sayı isə 10-dan artıqdır.Hadisə Bakı-Qazax magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı mikroavtobus aşıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Gəncədə yerləşən tibb müəssisələrinə aparılıb. Mikroavtobusun sərnişinləri Şəmkirdə təsərrüfat sahəsində çalışan fəhlələr olub, onlar Yevlaxa qayıdan zaman qəzaya uğrayıblar.