• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1757
— 19.08.2021 12:09

Prezidenti İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

KepezTV Player

Bizim ölkələrimizi dostluq əlaqələri birləşdirir və müstəqillik dövründə Koreya-Azərbaycan əlaqələri daim uğurla inkişaf etmişdir. Bu sözləri Koreya Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev deyib. Dövlət başçısı Koreya şirkətlərinin azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət edildiyini, parlamentlərarası əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb. Park Byonq-Soq növbəti il Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyinə diqqət çəkərək əlaqələrin potensialının hazırkı inkişaf səviyyəsindən daha artıq olduğunu bildirib.