İstanbulda keçirilən “Avrasiya Teatlar Birliyi”nin I qurultayında Azərbaycanı Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov təmsil edib. 21 ölkədən nümayəndənin qatıldığı tədbirdə Gəncədən olan nümayəndə Teatrlar Birliyinin Azərbaycan üzrə təmsilçisi seçilib.
İlk qurultay ölkə nümayəndələri ilə tanışlıq məqsədi daşımaqla yanaşı teatr ənənələrinin inkişaf mexanizmi ətrafında geniş fikir mübadiləsi, qarşlıqlı əməkdaşlıq və yaradıcılıq əməkdaşlığının qurulması məqsədi daşıyıb.
Yusif Cəfərov deyir ki, teatr sahəsində qarşılıqlı əməkdaşlıq aktyor, rejissor və rəssam tandemi üçün inkişaf deməkdir. Qurultay bu baxımdan təcrübə mübadiləsi aparmaq üçün də bir meydan oldu.
Növbəti toplantının Portuqaliya və İspaniyada keçirilməsi nəzərdə tutulur.
Aişə Rzayeva
- Baxış: 424