• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 18.08.2021 19:39

Şəhidin adına bulaq kompleksinin açılışı olub

KepezTV Player

Vətən müharibəsində qanıyla, canıyla tarix yazan igidlərimizdən biri də Göygöl rayonu Göyçəkənd kəndinin sakini  Teymur Əliyevdir. Şəhidimizin əziz xatirəsinin uca tutulması, əbədi yaşadılması üçün yaşadığı kənddə adına bulaq kompleksi istifadəyə verilib. Mərasimdə müzəffər ali baş komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun 30 illik işğala cəmi 44 gün ərzində son qoymaqla dünyaya səs saldığı, Vətənin bütövlüyü naminə son damla qanına kimi mübarizə aparan igid oğulların xatirəsinin qəlblərdə əbədi yaşayacağı qeyd olunub. Şəhid Teymur Əliyevin şərəfli  döyüş yolundan, qəhrəmanlığından danışılıb. Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman "Vətən uğrunda", "Xocavəndin və Fizulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.