KepezTV Player
Ağstafa şəhəri ərazisində 2 azyaşlı uşağa qarşı zorakı hərəkətlər edilməsi barədə məlumatlar yayılıb. Gəncə şəhər sakini Zəminə Həsənovanın nəvələrinin zorakılığa məruz qalmasına dair müraciəti əsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma ilə Səadət Mehralıyevanın müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarına mütamadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Ağstafa rayon prokurorluğunda cinayət işi başlanılıb.
- Baxış: 993