• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3510
— 17.08.2021 20:44

Şəmkirdə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini Əhməd Qasımov saxlanılıb.Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilib. Saxlanılan şəxs dindirilmə zamanı narkotik maddə bağımlısı olduğunu etiraf edib, faktlarla bağlı araşdırmalar davam etdirilir.